Zelenski: "Rusiya energetika obyektlərinə kütləvi zərbələr endirib"

media-hightechnic-468x90

Rusiya ordusu fevralın 12-nə keçən gecə Ukraynanın enerji obyektlərinə 25 ballistik və bir qanadlı raket, həmçinin 200-dən çox dron tətbiq edərək zərbələr endirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.

“Energetikaya növbəti kütləvi zərbə – yenə çox sayda ballistik raketdən istifadə olunub. Rusiyanın bütün bu vasitələrinin əksəriyyəti məhz energetika obyektlərinə qarşı yönəlmişdi: bu gecə 24 ballistik raket, daha bir qanadlı raket, həmçinin 200-dən çox dron buraxılıb”, – deyə o yazıb.

Zelenski bildirib ki, hazırda Kiyev, Odessa və Dnepropetrovskda zərbələrə məruz qalan infrastrukturun bərpası işləri aparılır./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05