Ukrayna Prezidenti Vladimir Zelenski “Taxıl sazişi”nin müddətinin uzadılacağını təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
BMT-nin Baş katibi Antonio Quterreş də bununla bağlı razılıq əldə olunduğunu açıqlayıb.
“Mən Ukraynadan taxıl, ərzaq və gübrə ixracının təhlükəsiz ixracını asanlaşdırmaq üçün Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi ilə bağlı razılaşmanı alqışlayıram”, – o tviterdə yazıb.
Baş katibin sözlərinə görə, təmkinli diplomatiya davam etdirilməlidir.
Diplomatik mənbələr “Taxıl sazişi”nin müddətinin uzadılması barədə qərarın İstanbulda aparılan müzakirələrin sonunda qəbul edildiyini açıqlayıb.