Zelenski və Trampın görüş vaxtı ilə bağlı açıqlama

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin bitməsi şərtləri ilə bağlı birgə ABŞ-Ukrayna razılaşmasını yekunlaşdırmaq üçün Prezident Trampla mümkün qədər tez, hətta Şükranlıq bayramı zamanı görüşmək istəyir.

Yenicag.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenskinin administrasiya rəhbəri Andrey Yermak “Axios”a bildirib.

O deyib ki, Zelenski ərazi güzəştləri məsələsində Trampın özü ilə danışıqlar aparmaq istəyir.

“Ümid edirəm ki, Prezident Zelenskinin səfəri mümkün qədər tez baş tutacaq, çünki bu, Prezident Trampa bu müharibəyə son qoymaq üçün tarixi missiyasını davam etdirməyə kömək edəcək”, – deyə Andrey Yermak əlavə edib. O, görüşün bayram ərəfəsində keçirilməsinin simvolik olaraq əhəmiyyətli ola biləcəyini bildirib.

Tramp çərşənbə axşamı Şükranlıq bayramı üçün Vaşinqtondan ayrılacaq və bazar gününə qədər Floridadakı iqamətgahında qalmağı planlaşdırır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa