Volodimir Zelenskinin “qələbə planı”na Ukraynanın NATO və Avropa İttifaqına (Aİ) daxil olması, həmçinin silah tədarükü tələbi daxildir.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.
Nəşr yazır ki, ABŞ-dəki görüş zamanı Ukrayna prezidenti Co Baydeni Kiyevə NATO-ya rəsmi dəvət göndərməyə və təkmil silahların daimi tədarükü ilə bağlı öhdəlikləri qəbul etməyə sövq edəcək.
Materialda həmçinin bildirilir ki, plan Aİ-yə üzvlük və digər iqtisadi və hərbi razılaşmalar üçün aydın bir yol tələb edir və bu, Zelenskinin sözlərinə görə, “Putini sülh axtarmağa təşviq edəcək”.
Qəzetin həmsöhbətləri qeyd ediblər ki, Ukraynanın bəzi müttəfiqləri danışıqlar yolu ilə atəşkəs variantlarını nəzərdən keçirməyə başlayıblar, lakin müzakirələr zamanı Zelenski vurğulayıb ki, Ukrayna Rusiya tərəfindən ələ keçirilən ərazilərini onlara verə bilməz, çünki bu, Rusiyanın yenidən silahlanıb hücuma keçməsinə imkan verəcək.
Rafi Müslümov
www.yenicag.az