!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin sülh planı: Xüsusi məqamlar açıqlandı – SİYAHI

!Reklam – Yazi

Ukrayna prezidenti Volodimir Zelenski “The Financial Times” qəzetinə müsahibəsində Rusiya ilə müharibə və beynəlxalq dəstək kontekstində Ukraynanın gələcəyi ilə bağlı bir sıra mühüm istiqamətləri qeyd edib.

Yenicag.az xəbər verir ki, qəzet Ukrayna liderinin təklifləri bağlı xüsusi məqamları siyahılaşdırıb.

Sülh təklifləri: Ukrayna sülh təkliflərini realist və konstruktiv olarsa, nəzərdən keçirməyə hazırdır;

NATO-ya üzvlük: NATO-ya rəsmi dəvət Ukraynanın Rusiyanın təcavüzü qarşısında sağ qalması üçün çox vacibdir. Bu, təkcə ölkənin təhlükəsizliyini artırmayacaq, həm də Ukrayna xalqının mənəvi ruhunu gücləndirəcək;

Müharibənin sonu: Zelenski Rusiya prezidenti Vladimir Putinin təcrid olunduğu və diplomatik danışıqlara razılaşdığı zaman müharibənin bitəcəyinə inanır;

“Qələbə planı”: O, təklif etdiyi qələbə planına reaksiyanın “Patriot” sistemləri və F-16 qırıcılarının tədarükü ilə eyni olduğunu qeyd edib, lakin ölkənin sağ qalması üçün təcili tədbirlərin görülməsinin vacibliyini də vurğulamaqdan çəkinməyib;

İşğal olunmuş ərazilər: Zelenski Qərb rəsmilərinin işğal olunmuş ərazilərin NATO üzvlüyünə dəyişdirilməsi ilə bağlı təkliflərinin onunla müzakirə olunmadığını deyib.

Xatırladaq ki, Ukrayna lideri Ali Radada “Qələbə planı”nı təqdim etdikdən sonra bir sıra Avropa ölkələri V. Zelenskinin sözügedən təklifləri ilə razılaşmadıqlarını açıq mətnlə ifadə ediblər.

Rafi Müslümov

COP29

www.yenicag.az

78
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv