Ukrayna Prezidenti Vladimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb.
Yenicag.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər.
Polşa vətəndaşının Rusiya tərəfi ilə əlaqə qurduğu və Rusiya hərbi kəşfiyyatına kömək etməyə hazır olduğunu bildirdiyi dəqiqləşdirilib. Ona Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatların toplanması və ötürülməsi, habelə Zelenskinin Polşaya səfəri zamanı ona sui-qəsd cəhdinin hazırlanmasında Moskva xüsusi xidmət orqanlarına yardım etmək tapşırılıb.
Ukrayna prokurorları bu barədə aldıqları kəşfiyyat məlumatlarını Varşavadakı həmkarlarına ötürüblər. Nəticədə polyak müəyyən edilərək saxlanılıb. O, xarici kəşfiyyat xidmətinin xeyrinə hərəkət etməyə hazır olmaqda ittiham olunub. Hazırda təqsirləndirilən şəxs müvəqqəti həbs edilib. İstintaq davam edir./Oxu.az/
www.yenicag.az