!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələ zamanı necə DAVRANMALI? - Psixoloqdan TÖVSİYƏLƏR

!Reklam – Yazi

“Zəlzələ zamanı bəzi şəxslər ətrafdakı vahiməyə düşməyən, sakit davranmaq istəyən insanlara da öz həyəcan, təşviş hisslərini aşılamış olurlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanların zəlzələ zamanı psixoloji cəhətdən necə davranmalı olduğu haqda danışan psixoloq Vəfa Rəşidova deyib.

Onun sözlərinə görə, zəlzələ zamanı maksimum dərəcədə soyuqqanlı davranmaq lazımdır:

“Çünki emosional davrananda insan daha da təşviş həyəcan hallarını özündə çoxaltmış olur. Eyni zamanda, zəlzələ zamanı bəzi şəxslər ətrafdakı vahiməyə düşməyən, sakit davranmaq istəyən insanlara da öz həyəcan, təşviş hisslərini aşılamış olurlar. Ona görə də maksimum sakit, soyuqqanlı davranmaq lazımdır. Çünki zəlzələ heç kimin əlində deyil və insan bu zaman acizdir. Ona görə də maksimum dərəcədə situasiyaya uyğun, alternativ yollar düşünmək lazımdır. Təbii ki, panik atakı olanlar üçün çətin olur. Lakin istənilən halda, insan istəsə, özünü ələ ala və ətrafındakı insanlara dəstək ola bilər. İnsanlar çalışmalıdırlar ki, uşaqlara, yaşlılara mənəvi dəstək olsunlar. Onları qorxutmaq yerinə, təsəlli etməyə çalışsınlar. Bəzən orta yaşlı insanlar yaşlı adamlardan daha çox qorxuya düşür, daha həyəcanlı olur. Bunun yerinə, təmkinli olub, insanlara kömək etmək daha məqsədəuyğundur”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv