Zəlzələnin ölkəyə vurduğu ziyan – Rəsmi açıqlama veriləcək

media-hightechnic-468x90

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Azərbaycanda baş verən 6 bal gücündə zəlzələ ilə bağlı mətbuat konfransı keçiriləcək. Konfransda zəlzələnin ölkəyə vurduğu ziyan açıqlanacaq.

Bu barədə Yenicag.az-a mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib:

“Mərkəzin direktoru Qurbaq Yetirmişli hazırda hadisə ilə bağlı Şamaxıdadır. Günorta saatlarında Bakıya gələcək və mətbuat konfransı keçirərək, baş verən hadisənin bütün detallarına aydınlıq gətirəcək”.

Qeyd edək ki, ötən gün Azərbaycanın Şamaxı və İsmayıllı rayonlarında 6 bal gücündə zəlzələ olub.

Cəvahir

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600