"Zəngəzur dəhlizi bir ilə açılacaq" - Araz Əlizadə / VİDEO
“Zəngəzur dəhlizi təqribən bir ilə açılacaq”.
Bunu Zəngəzur dəhlizinin açılması ətrafında gedən proseslərə münasibət bildirən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Araz Əlizadə bildirib ki, Zəngəzur dəhlizi gec-tez açılacaq:
“Ermənistan və onun havadarlarının nə deməyindən və istəməyindən aslı olmayaraq Zəngəzur dəhlizi açılacaq. Ermənistanın çox atılıb-düşməyi buna mane ola bilməyəcək.
Düşünürəm ki, təqribən bir ilə Zəngəzur dəhlizi açılacaq. Bu qaçınılmazdır”.
Səxavət Məmməd