Zəngəzur dəhlizi TDT-yə üzv ölkələr üçün mühüm əhəmiyyət kəsb edir - RƏY

media-hightechnic-468x90

“Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirib.

O qeyd edib ki, həmçinin Turan yolu adlandırılan layihə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iqtisadi münasibətləri daha da intensivləşdirəcək:

“Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması xərclərin azalmasına səbəb olacaq. Maneəsiz gediş-gəliş üçüncü dövlətlər olmadan aparılacaq və bu da iqtisadi münasibətləri daha da inkişaf etdirəcək. Nəqliyyat kommunikasiyalarının açılması dayanıqlı inkişafa gətirib çıxaracaq. Türk dövlətləri təbii resurslar baxımından regionda dominant ölkələrdəndir. Bu konteksdə açıq iqtisadi zonaların yaradılması və sözügedən məsələlər fonunda ölkələr arasında dəyər zəncirinin formalaşması nəinki quruma üzv olan ölkələrə, həmçinin digər dövlətlərə də fayda verəcək. Burada inteqrasiya prosesləri qaçılmazdır. Bu məsələdə əsas özək Türk dövlətləri olacaq, daha sonra isə layihəyə digər ölkələr cəlb edilə bilər”.

Qeyd edək ki, 6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunacaq.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa