!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zəngəzur dəhlizinin HƏLL YOLU - "Məsələ belə çözülməsə..." - POLİTOLOQ

Reklam: Sinerji Pro

“Zəngəzur dəhlizinin güc yolu ilə həlli gündəlikdədir.

Bu fikirləri Ermənistan tərəfi danışıqlar masasında Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, Azərbaycan tərəfinin ata biləcəyi addımları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, bu məsələ danışıqlar masası arxasında çözülməsə hərbi variant aktual ola bilər:

“Ümid edək ki, Zəngəzur dəhlizi sülh yolu ilə, diplomatiya ilə həll ediləcək. Onu da əlavə edək ki, Rusiya Zəngəzur dəhlizi ideyasını Azərbaycan qədər, bəlkə də Azərbaycandan da çox müdafiə edir və arzulayır. Çünki Rusiyanın geostrateji planları üçün nəzərdə tutulan dəmir yolu, şose yolu çox böyük həmiyyətə malikdir. Hesab olunur ki, danışıqlar yolu tam tükənməyib. Əgər xoşluqla olmasa, Azərbaycan hərbi yolla məsələyə müdaxiləsini çox gözlətməyəcək. Ermənilər uzun müddət Azərbaycanı destruktiv danışıqlar yolu ilə bezdirə bilməyəcək. Həmin koridoru mütləq açacağıq.

Laçın dəhlizinin bütün xətti boyu, eləcə də, yoxlama-buraxılış məntəqələrində məsuliyyəti öz üzərimizə götürə bilərik.

Yaxud həmin yola Rusiya-Türkiyə patrullarının birgə nəzarəti həyata keçirilə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

355
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100