!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinin Türkiyə iqtisadiyyatına TƏSİRİ: "Mərkəzi Asiya bazarına çıxış imkanı əldə etdikdən sonra..."

!Reklam – Yazi

“Düşünürəm ki, sentyabr ayınadək cüzi miqdarda inflyasiya müşahidə olunacaq”.

Bu sözləri son günlər türk lirəsinin dəyər itirməsi və Türkiyənin iqtisadi vəziyyətini şərh edən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında qeyd edib.

Ekspert qeyd edib ki, Türkiyə iqtisadiyyatı ixrac yönümlü olduğu üçün iş adamları və ixrac fəliyyəti həyata keçirən şirkətlər bu duruma müsbət hal kimi baxır:

“Türkiyə iqtisadiyyatı məşhur üzən məzənnə rejimində olduğuna görə orada milli valyutanın qüvvədə saxlanması üçün hər hansısa xüsusi mexanizmlər tətbiq edilmir. İqtisadiyyatın vəziyyəti milli valyutaya təsir edir. Həmin ölkənin sadə vətəndaşları, təbii ki, öz əməkhaqlarını lirə ilə alır. Lirənin dəyərdən düşməsi isə insanların həyat şəraitinə mənfi təsir göstərir. Tutaq ki, vətəndaşın bu gün aldığı məvacib min beş yüz dollar civarındaydısa, artıq valyuta dəyər itirdikcə min iki yüz dollar civarına düşür. Amma digər bir faktor da var ki, Türkiyə iqtisadiyyatı ixrac yönümlü olduğu üçün iş adamları və ixrac fəliyyəti həyata keçirən şirkətlər bu duruma müsbət hal kimi baxır. Buna səbəb ölkəyə daxil olan vəsaitin dollar və ya digər xarici valyutada olmasıdır. Bu da xammalı Türkiyədən əldə oluna bilən istehsal sahələrinə öz xeyrini göstərə bilər.

Həmçinin burada siyasi motivlərin də təsiri hiss olunandır. Bununla yanaşı, ölkəyə idxal olunan məhsullar da az deyil. Bu səbəbdən də düşünürəm ki, sentyabr ayınadək cüzi miqdarda inflyasiya müşahidə olunacaq.

Fikrimcə, Türkiyə iqtisadiyyatı Azərbaycanla birgə həyata keçirilən Orta dəhliz və Zəngəzur dəhlizi vasitəsiylə üç yüz milyonluq Mərkəzi Asiya bazarına çıxış imkanı əldə etdikdən sonra bu tipli məsələlər nizamlanmağa doğru gedəcək”.

Yusif Səmədzadə

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv