Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zənginlik içində təcavüz DƏHŞƏTİ - Dünyanın ən sakit ölkələrində niyə intiharlar artır?

2021-ci ilin ilk aylarından Azərbaycanda intihar hallarının artması suisidin səbəblərinin nə olduğu sualını gündəmə gətirib.

Yenicag.az xəbər verir ki, intihar hadisələrinin daha çox qeydə alındığı ölkələrin iqtisadi cəhətdən aşağı gəlirli olduğu bildirilsə də, əslində, bu belə deyil.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2011-ci ildə yayımladığı hesabata əsasən, intihar faizi rifah səviyyəsi yüksək olan ölkələrdə daha çoxdur.

5-75 yaş arası insanları əhatə edən araşdırmalarda aydın olub ki, kişilər intihara daha çox meyillidirlər.

2007-ci ildə iqtisadi durumu yaxşı olan Finlandiyada 993 nəfər intihar edib. ÜST-nin yayımladığı rəqəmlərə görə, intihar hallarının çox olduğu ölkələr sırasında Norveç 35-ci, Danimarka isə 36-cı yerdə qərarlaşıb.

İntihara səbəb kimi isə ruhi sarsıntılar, narkotik maddə istifadəsi, Günəş şüalarının azlığı və günlərin qısalığı göstərilir.

Daha da dəhşətlisi budur ki, intihar səviyəsi yüksək olan ölkələrdə təcavüz halları da həddindən artıq çoxdur. Məsələn, Norveçdə 2011-ci ildə 15 yaşından böyük hər 10 qadından biri təcavüzə uğrayıb.

Məlumat üçün qeyd edək ki, 2020-ci ildə ölkəmizdə 597 intihar hadisəsi qeydə alınıb. Həyatına qəsd edənlərin 440 nəfəri kişi, 157-si isə qadın olub.

2021-ci ilin ilk iki ayı və 3-cü ayın ilk ongünlüyündə isə 17 intihar hadisəsi baş verib (mətbuata yansıyan rəqəmdir).

Loading...

www.yenicag.az

434
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100