Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika rayonun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a məlumat verilib.
Nəticədə qaz xətti qırılıb. Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.