Zidan ən yaxşı baş məşqçi seçildi – Fransada

media-hightechnic-468x90

“France Football” nəşri 2016-cı ilin ən yaxşı fransız baş məşqçisinin adını açıqlayıb.

Yeniçağ.Az “Apasport.az”a istinadən məlumat verir ki, qəzetin versiyasına əsasən, ötən il Fransanın ən yaxşı məşqçisi “Real”ın çalışdırıcısı Zinəddin Zidan seçilib.

“Zizu” ötən il “Real”la Çempionlar Liqasını, Avropa Super Kubokunu və Klublararası dünya çempionluğunu qazanıb.

Qeyd edək ki, “kral klubu” 44 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsümdə keçirdiyi oyunlarda məğlubiyyət üzü görməyib.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600