“Zirə” “Şamaxı”ya qalib gəldi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Yenicag.az xəbər verir ki, günün yeganə oyununda “Zirə” “Şamaxı”nı qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. “Qartallar”ın yeganə qolunu 72-ci dəqiqədə Dmitrios Çantakias vurub.

Bu nəticə ilə xallarının sayını 16-ya çatdıran paytaxt təmsilçisi 4-cü pilləyə yüksəlib. 2 xala malik “Şamaxı” isə sonuncu – 10-cu sıradadır.

Qeyd edək ki, IX turun “Səbail” – “Sumqayıt”, “Neftçi” – “Turan Tovuz” matçları oktyabrın 8-də, “Qəbələ” – “Qarabağ”, “Sabah” – “Kəpəz” görüşləri isə oktyabrın 9-da olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600