!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zorla evləndirilib, edam olundu - Zeynəbin faciəsi

!Reklam – Yazi

15 yaşında ailə qurduğu ərini öldürən gənc qız edam edilib.

Yenicag.az “Daily Mail”ə istinadən xəbər verir ki, hadisə İranda baş verib. Zeynab Sekaanvand 15 yaşında zorla ərə verilib. Dəfələrlə boşanmaq istəsə də, əri buna razılıq verməyib. 2012-ci ildə qız ərini bıçaqlayaraq öldürməkdə ittiham olunub. Polis bölməsinə aparılan Zeynəb günahsızlığını sübut etməyə çalışsa da, buna müvəffəq olmayıb.

Onun sözlərinə görə, 20 gün boyunca döyülüb və sonda etiraf etməyə məcbur edilib. Daha sonra qız etirafını inkar etsə də, heç kimi inandıra bilməyib.

Həbsxanaya göndərilən Zeynəb barədə 2014-cü ildə İran məhkəməsi qərar çıxarıb: qız asılaraq edam edilmədilir.

Hüquq müdafiəçilərinin bütün səylərinə baxmayaraq qərar dəyişdirilməyib.

Edamını gözləyən Zeynəb sevgisini tapıb və ailə qurub. Bir neçə ay öncə qızın hamilə olduğu məlum olub. Bu səbəbdən edamın doğumdan sonra həyata keçirilməsi qərara alınıb. Lakin bu hekayə faciəvi bitib. Bir neçə gün öncə Zeynəb ölü uşaq dünyaya gətirib. 2 gün sonra isə qız asılıb.

Bununla belə, Zeynəbin cinayəti törətdiyinə dair əsaslı dəlillər hələ də təqdim olunmayıb.

www.yenicag.az

1622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv