!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

“Zülfiyyə ilə yol gedib, həyatıma nifrət etmişəm”, - deyən Manafa aşıqdan CAVAB

!Reklam – Yazi

“Buna məcbur idim. Mən nə bilim, Manaf yüksək sürətdən belə qorxurmuş…”

Bunu müğənni Manaf Ağayevin, “Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət etmişəm”, – deyib, onun maşını yüksək sürətlə idarə etməsinə irad tutmasına münasibət bildirərkən Yenicag.az-a açıqlamasında Aşıq Zülfiyyə deyib.

Sənətçi efirdə Manafın onun barəsində söylədiyi fikirlərə aydınlıq gətirib:

“Manaf verilişdə ona ünvanlanan “Qadınlar yaxşı sürür, yoxsa kişilər?” sualına cavab verərkən mənim adımı çəkib. Əslində, Manaf məni pisləməyib. O vaxt onunla bir toya gedirdik, müsiqiçilər gedib çatmışdı, amma müğənnilər, yəni Manafla mən hələ yolda idik. Mənim maşınımla gedirdik. Onda da radarlar yox idi. Mən də qaza basdım . Mən nə bilim, Manaf yüksək sürətdən belə qorxurmuş. Həyəcanla soruşdu ki, qayıdanda da belə sürətlə sürəcəksən? Sakitləşdirdim ki, narahat olma, qayıdanda tələsik yerimiz yoxdur ki, sürətlə sürüm. Amma etiraf edirəm ki, bəli, maşını yüksək sürətlə idarə edirəm. Amma onu da bilirəm ki, bu, düzgün deyil. Sadəcə olaraq, məcbur qalmasaydım, elə maşın idarə etməzdim. Hərdənbir olan işdir. Hər kəsə qəza-qədərsiz mənzil başına çatmağı nəsib eləsin”.

Qeyd edək ki, Manaf Ağayev aşıq Zülfiyyənin maşını sürətlə idarə etdiyini deyib və bunu yaxşı hal kimi dəyərləndirməyib.

“Sürətlə avtomobil idarə edənləri sevmirəm. Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət etmişəm. Zülfiyyə xanım avtomobili yüksək sürətlə – “200”lə sürürdü. Avtomobil “mən ölüm, sən ölüm”ə baxmır axı”, – deyə Manaf Ağayev deyib.

Cəvahir

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv