!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəqədi rayonunda “ Milli Mətbuat Günü” qeyd edildi

!Reklam – Yazi

IMG_20160722_113501Binəqədi rayonunda 22 İyul- Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun mətbuat katibi Tofiq Sadıxov, 7News.azİnformasiya Portalının təsisçisi və baş redaktoru Səbuhi Abbasov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin İnformasiya Proqramları Baş Studiyasının müxbiri Mənsur Həsənov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, QHT sədrləri, Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri, Binəqədi rayonu icra nümayəndələri, bələdiyyələr, MKTB, YAP Binəqədi rayon Təşkilatının, Gənclər və İdman İdarəsini təmsil edən və Milli Mətbuat günü ilə bağlı rayon ərazisində təşkil olunan 3 günlük təlimlərdə iştirak edən şəxslər, YAP-nın fəal gəncləri, Rayon bələdiyyələrində İctimai-humanitar sektora rəhbərlik edən nümayəndələr və rayon fəalları iştirak etmişdirlər.
Tədbirdə çıxış edən 7News.az İnformasiya Portalının təsisçisi və baş redaktoru Səbuhi Abbasov bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bugün ölkədə azad, demokratik və güclü mətbuat vardır. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra natiq Binəqədi rayonunda media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu və artıq media nümayəndələrinin rayon ərazisində görülən işlər barədə məlumatları rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet saytından operativ şəkildə əldə edə bildiklərini qeyd etdi, məlumatların peşəkar səviyyədə hazırlanması və informasiya mübadiləsinin operativliyinin təmin olunmasına görə rayon rəhbərliyinə minnətdarlığı bildirdi.
Sonra söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılova verildi. Vüsar İsmayılov öz çıxışına 22 İyul- Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etməklə başladı. Natiq vurğuladı ki, Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu diqqət və qayğıya nümunə olaraq Binəqədi rayonunda ənənəvi olaraq media nümayəndləri, jurnalistlərlə, sosial şəbəkələrdə fəal olan gənclərlə görüşlərin, tədbirlərin keçirildiyini qeyd etdi.
Belə ki, artıq 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə Rayon İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planı hazırlanmışdır. Bugünkü tədbir də adıçəkilən tədbirlər planının tərkib hissəsidir.
Çıxışını davam etdirən natiq qeyd etdi ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı Əkinçi qəzetinin müstəsna rolu və əhəmiyyəti vardır. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bugün də ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir.
Çıxışının sonunda Rayon İcra Hakimiyyəti başçısının müavini qeyd etdi ki, Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır.
Tədbirin rəsmi hissəsi bayram günü münasibətilə bir neçə media nümayəndələrinin təltif edilməsi ilə bitdi.

Tədbirin bədii hissəsi çay süfrəsi ətrafında “Dilbərim” rəqs qrupunun ifasında gözəl rəqs nümunələri və rayonun istedadlı gənci Rəşad Hacızadənin ifasında mahnılarla davam etmişdir.

 

COP29

www.yenicag.az

969
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv