Ucarın elektrik yarımstansiyasında yanğın: 6 kənd işıqsız qaldı

media-hightechnic-468x90

Ucarın elektrik yarımstansiyasında güclü yanğın olub, kəndlər işıqsız qalıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Müsüslü qəsəbəsində yerləşən yarımstansiyada qeydə alınıb.

Belə ki, saat 07:40-da stansiyada yerləşən transformatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə 6 kəndə elektrik enerjisi verən transformator yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa