Türkiyədə Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə konsert keçirildi

media-hightechnic-468x90

Azərbaycan Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə bu il dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq və pedaqoq, ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəyovun (1885-1948) 140 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Türkiyənin paytaxtı Ankarada böyük musiqi xadiminin yubileyi münasibətilə “Çanaqqaladan Qarabağa: Zəfər dastanı” adlı konsert keçirilib.

Azərbaycan və Türkiyə opera sənətçilərinin iştirakı ilə gerçəkləşən gecə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə iki ölkənin dövlət himnləri ifa olunub.

Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin müdir müavini Volkan Akkoç açılış nitqi söyləyiblər.

Sonra Xalq artistləri Azərin və Azər Zeynalovun, eləcə də qardaş ölkədən Kamil Kaplan, Çinar Onur, Güner Erkan və başqa tanınmış opera sənətçilərinin ifasında bir-birindən maraqlı muqisi nömrələri təqdim olunub.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600