1 548 nəfər dövlət qulluğu vəzifələri üzrə imtahan verdi
Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirib.
DİM-dən Yenicag.az-a bildirilib ki, imtahanda ümumilikdə 1548 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB2 altqrupu üzrə 1 nəfər, AB3 altqrupu üzrə 2 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 9 nəfər, AC2 altqrupu üzrə 10 nəfər, AC3 altqrupu üzrə 31 nəfər, AC4 altqrupu üzrə 42 nəfər, BA1 altqrupu üzrə 5 nəfər, BA2 altqrupu üzrə 9 nəfər, BA3 altqrupu üzrə 15 nəfər, BA4 altqrupu üzrə 25 nəfər, BB1 altqrupu üzrə 48 nəfər, BB2 altqrupu üzrə 47 nəfər, BB3 altqrupu üzrə 87 nəfər, BB4 altqrupu üzrə 109 nəfər olmaqla, ümumilikdə 441 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün senyabrın 26-dan oktyabrın 9-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
– ali təhsil haqqında sənədin surəti;
– əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası sentyabrın 26-sı və 29-30-da saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.