!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

1 Oktyabr - beynəlxalq ahıllar günüdür

!Reklam – Yazi

1 Oktyabr Beynəlxalq Ahıllar günüdür.

Yenicag.az xəbər verir ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.

Azərbaycanda da ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 329,3 minə yaxını ahıl vətəndaşlardır. Onlardan 201,8 mini qadın, 127,4 min nəfəri kişidir. Ahıl pensiyaçıların 208,6 min nəfəri 70-80, 110,9 min nəfəri 80-90 yaşlarında, 9,7 min nəfəri isə yaşı 90-dan yuxarı olan vətəndaşlardır. Ümumilikdə hazırda ahıl vətəndaşların 87,1 faizi əmək pensiyası ilə təmin olunur. Əmək pensiyası hüququ olmayan ahıl şəxslərə isə yaşa görə aylıq sosial müavinət ödənilir.

Ölkəmizdə əmək pensiyaçılarının sayı 2017-ci il iyulun 1-nə olan məlumata görə, 1,3 milyon nəfərdən çoxdur. Onlardan 59,2 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, 29,3 faizi əlilliyə görə pensiya alır. Müasir sığorta-pensiya sisteminin yaratdığı imkanlar, həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği son on ildə 10,3 dəfədən çox, cari ilin ilk yarımilində isə 6,4 faiz artıb. Beləliklə, cari il iyulun 1-nə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 224 manata çatıb. Həmçinin son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb.

COP29

www.yenicag.az

2793
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv