Reklam

Reklam

terror 10 gunİstanbul Atatürk hava limanında törədilən terror hadisəsi zamanı həlak olanların adları məlum olub.

Hadisə zamanı həyatını itirənlərdən biri də Yusif Xəzinədaroğlu adlı gəncdir.

Onun 10 gündən sonra toy mərasiminin keçiriləcəyi planlaşdırılıbmış. Mərhum Xəzinədaroğlunun qohumlarının sözlərinə görə, o, xəstəxanada dünyasını dəyişib:

“Yusif hava limanında işləyirdi. Həmin gün işi bitib, evə qayıtmaq istəyirmiş. Birdən partlayış baş verib. Ağır vəziyyətdə onu xəstəxanaya aparıblar. Biz xəstəxaya gələndə o, dünyasını dəyişmişdi. 10 gündən sonra qızımla Yusifin toyu olacaqdı. Toya hazırlaşırdıq. Hazırda onun meyitini Məkhəmə Tibbi Ekspertizaya aparıblar”.

Qeyd edək ki, ötən gün üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.(Azvision)

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 109
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."