Rusiyada Moskva-Orsk reysi üzrə hərəkət edən və Ramensk rayonunda yerə çırpılaraq qəzaya uğrayan “An-148” sərnişin təyyarəsində həlak olanlardan birinin atası da oxşar şəkildə həyatını itirib.
Yenicag.az Rusiya KİV-nə istinadən xəbər verir ki, söhbət yerli şirkətlərdən birində çalışan Aleksey Nikitçenkodan gedir. Məlum olub ki, Orska ezamiyyətə göndərilən bu şəxsin atası da 10 il öncə təyyarə qəzası nəticəsində ölüb.
29 yaşında həyatını itirən A.Nikitçenkonun Moskvada həyat yoldaşı və kiçik oğlu qalıb.
Xatırladaq ki, ötən gün qəzaya uğrayan təyyarədə 65 sərnişin və 6 heyət üzvü həlak olub.
www.yenicag.az