“10 manatlıq” şirkətə 200 minlik TENDER: FHN vergi borclusunu qalib edib - FOTOFAKT

media-hightechnic-468x90

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi su yolu hərəkət vasitələrinin tez-tez sıradan çıxan hissələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibini müəyyənləşdirib.

Yenicag.az xəbər verir ki, tenderin qalibi “ATLAS ALLİANCE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 208.482,4 manat məbləğində müqavilənin bağlanması nəzərdə tutulur.

Lakin 32gun.az-ın əldə etdiyi məlumata görə, tenderin qalibi olan bu şirkətin dövlət büdcəsinə 45.794,18 manat vergi borcu mövcuddur.

Açıqlanan məlumatlarda həmçinin qeyd olunur ki, “ATLAS ALLIANCE GROUP” MMC-nin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Azər İsmayılov Rəhəm oğludur.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Maddi-Texniki Təchizat İdarəsinin rəisi vəzifəsinə Elnar İmanov təyin edilmişdi.

media-whatsapp-image-2025-08-15-at-11-03-50

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa