“Birliyimizi daha da gücləndirməliyik” - Sanem Arıkan - VİDEO
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin departament rəhbəri Sanem Arıkan Azərbaycana işgüzar səfəri çərçivəsində “Yeni Çağ” Media Qrupunda olub. O, Azərbaycan-Türkiyə münasibətləri, ortaq mədəni layihələr və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı mühüm açıqlamalar verib.
Sanem Arıkan bildirib ki, Azərbaycan və Türkiyə tarix boyu həm sevincli, həm də çətin günlərdə hər zaman bir-birinin yanında olub. Onun sözlərinə görə, qardaş ölkələr arasında mövcud olan birlik bundan sonra da daha da möhkəmləndirilməli və yeni layihələrlə zənginləşdirilməlidir.
Departament rəhbəri xüsusilə ortaq mədəni layihələrin əhəmiyyətinə toxunaraq, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, mədəniyyət xalqları bir-birinə daha da yaxınlaşdıran ən güclü körpülərdən biridir.
Sanem Arıkan çıxışında azərbaycanlı rejissor Səidə Haqverdiyevanın Qarabağ Zəfərinə həsr olunan filminin Türkiyənin müxtəlif şəhərlərində təşkil edilən qala nümayişlərindən də danışıb. Nazirlik rəsmisi bildirib ki, bu cür layihələr Azərbaycanın haqq səsinin, ortaq tarix və mədəni irsin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm rol oynayır.
Sanem Arıkanın geniş videomüsahibəsini təqdim edirik:













