10 milyard pul və qızıl külçələr Priqojinə qaytarıldı

media-hightechnic-468x90

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri, iş adamı Yevgeni Priqojinə ofisində tapılan 10 milyard rubl və qiymətli əşyalar geri qaytarılıb.

Yenicag.az xəbər verir ki, iyunun 24-də Sankt-Peterburqda müstəntiqlər tərəfindən onun ofisində axtarış aparılmış, pul və qiymətli əşyalar aşkar olunmuşdu.

Məlumata görə, Priqojin özü pulları götürmək üçün gəlməyib. Vəsaiti etibarnamə verdiyi sürücüsü götürüb. Pulun qaytarılması prosesinin necə baş verdiyi məlum deyil.

Qeyd edək ki, əvvəlcə müstəntiqlər pulu Priqojinə qaytarmaq fikrində olmayıblar. Lakin sonradan hansısa səbəblərdən qərarlarını dəyişiblər./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600