Hüseyndən oğlu ilə bağlı AÇIQLAMA: “İstəmirəm ki, o…”
“Övladımın müğənni olmasını istəyirəm, amma klarnet ifaçısı yox”.
Yenicag.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Xəzər axşamı”nda deyib.
O, övladının ata yolunu davam etdirməsini istəmədiyini, klarnet ifaçısı olmasına qarşı olduğunu bildirib. Bunun da səbəblərini açıqlayıb:
“Baxmayın mənə. Mən və bir neçə nəfər klarnet ifaçısı yaxşı qazanırıq. Şükür Allaha, qazancımız da normaldır. Dolanışığımız yaxşıdır. Amma çox çətindir, bununla da çox işlər görmək olmur. Bu da bir naxışdır ki, bir-iki nəfər klarnet ifaçısı nəsə bir iş görə bilir”.
Nehru













