!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10 min əsgərin taleyi MÜƏMMALI QALIB – “Onların həyatını xilas etmək üçün...”

!Reklam – Yazi

 

“Zelenskinin qərarının nə olacağı barədə dəqiq bir proqnoz vermək və ya bunu əvvəlcədən sezmək mümkün deyil. Ancaq rasional seçim onu göstərir ki, əgər 10.000 nəfər həqiqətən mühasirədədirsə, onların həyatını xilas etmək və sağ qalmasını təmin etmək üçün təslim olmaq məqbul bir yol kimi görünə bilər. Lakin, şübhəsiz ki, burada yalnız bu amil nəzərə alınmır. Ukrayna-ABŞ danışıqları, Avropanın mövqeyi və digər faktorlar da bu məsələdə mühüm rol oynayır”.

Bunu Yenicag.az-la söhbətində politoloq Sultan Zahidov deyib.

Siyasi təhlilçi Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun Kurskda mühasirəyə düşən 10 min Ukrayna əsgəri ilə bağlı açıqlamasına şərh bildirib.

Qeyd edək ki, Peskov bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Kursk vilayətində Ukrayna hərbçilərinin silahı yerə qoyması ilə bağlı irəli sürdüyü təklif hələ də qüvvədədir, lakin Kiyevin qərar verməsi üçün vaxt azalır. Onun sözlərinə görə, təklif hələ də keçərlidir, lakin onların qərar vermək üçün vaxtı getdikcə azalır.

“Məsələn, Avropa tərəfi deyə bilər ki, “bəli, təslim olmaq mümkün olsa belə, Ukrayna danışıqlar masasında hansı güzəştlərə getməməlidir?” Zelenskinin mövqeyi isə belədir: Avropa kontingenti təhlükəsizlik təminatı rolunda iştirak etsin. Digər tərəfdən, Donald Trampın planları fərqlidir. O, ən qısa zamanda Ukraynada mineral ehtiyatlarla bağlı saziş imzalamaqla öz iqtisadi maraqlarını güdmək istəyir. Eyni zamanda, Çin və İran istiqamətində də strateji addımlar atmağı hədəfləyir”, – deyə o, əlavə edib.

S. Zahidov bəyan edib ki, hər bir tərəfin öz maraqları var:

“Rusiya isə maksimum ərazi əldə edib, müvəqqəti də olsa, atəşkəsə nail olmaq niyyətində ola bilər. Lakin Rusiyanın irəli sürdüyü şərtlər elə bir təbiətə malikdir ki, Ukrayna üçün onların yerinə yetirilməsi məğlubiyyətlə bərabərdir. Məsələn, Ukraynanın NATO-ya üzv olmaması, hərbisizləşdirilməsi və xarici qüvvələrin ölkədə yerləşdirilməməsi kimi tələblər var. Bu şərtlər Versal Sülh Müqaviləsində Almaniyaya qarşı irəli sürülən tələbləri xatırladır”.

“Beləliklə, atəşkəsin imzalanması belə indiki şəraitdə davamlı sülhün təmin olunması anlamına gəlməyəcək. Çünki tərəflər arasında mövqelərdə ciddi uçurumlar mövcuddur. Ukrayna fundamental məsələlərdə güzəştə getmək istəmir, Rusiya isə aqressiv ritorikasını sonuna qədər davam etdirməkdə qərarlıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

82
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv