10 yaşlı gimnastın vətənpərvərlik nümayişi - FOTO/VİDEO

media-hightechnic-468x90

Azərbaycanlı gimnast Mətanət İbrahimova  2014 B kateqoriyasında dünyanın bir çok ölkələrindən qatılan idmançılarla bərabər Türkiyənin İstanbul şəhərində keçirilən “İstanbul Cup Uluslararası” və “Performance Cup  Uluslararası” yarışmalarında iştirak edib. 26-29 iyun 2025 tarixində kecirilən yarışmalara, Azərbaycandan da bir neçə bədii gimnastika klublarının ritmik gimnastları qatılıb, dərəcələr əldə ediblər.

Mətanət İbrahimova isə Türkiyənin İstanbul şəhərində qurucusu Azərbaycanın Olimpiya, Dünya və Avropa çempionu olan Valerya Yegayın Alev gimnastika klubunun üzvü, Türkiyə Gimnastik Federasiyasının lisenziyalı idmançısıdır. “İstanbul Cup Uluslararası” yarışmasında top və lent ilə yarışan Mətanət, top aləti ilə 3-cü, lent aləti ilə 8-ci olub.

“Performance Cup Uluslararası” yarışmasında isə Mətanət Halqa və İp aləti ilə çıxış edərək, Halqada 7-ci, İpdə isə 2-ci olub. Azərbaycanla yanaşı başqa ölkələrin nümayəndələrinin həm hakim, həm yarışmaçı kimi qatıldığı yarışda, Mətanətin Halqa aləti üçün seçdiyi mahnı da maraq doğurub. Bir çox millətlərin sahib çıxmaq istədiyi Azərbaycanın milli sərvəti sayılan “Sarı gəlin” mahnısı məhz Mətanətin Halqa yarışında 1 dəqiqə 30 saniyə Safura Əlizadənin ifası ilə Azərbaycan dilində səslənib.

Bir çoxları hətta hazırlıq prosesində belə, mahnıya sahib çıxmaq istəsə də, 10 yaşlı Mətanət Azərbaycanın milli sərvətinə sahib çıxaraq, Azərbaycan dilində məhz “Sarı Gəlin”-in sədaları ilə gözəl çıxış edərək, dərəcə də qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600