!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ 100-ilin İMZASI”nın müəllifi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən mükafatlandırıldı…

!Reklam – Yazi

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar öıkəmizdə silsilə tədbirlər davam edir.

Yenicag.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində şair- jurnalist Gülşən Behbudla görüş və müəllifi olduğu ” 100 ilin İMZASI” kitabının təqdimatı keçirilib.

Tədbir Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi Elçin İsgəndərzadənin təşəbbüsü ilə baş tutub. Sonda Gülşən Behbuda Türkiyə Respublikasının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu və Türk Dünyasına Xidmət Ödülü təqdim edilmişdir.

Tədbirdə xeyriyyəçi iş adamı,sahibkar, “Milan” Hospitalın sahibi , şairə Xuraman Muradova,telejurnalist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar və digər doktorant və aspirantlar iştirak edib.

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv