Biz adətən kiçik mühərrik həcmli avtomobillərin sığortasında problemlərlə rastlaşırıq. Bu problem bizim üçün spesifikdir və sığorta şirkətləri tərəfindən süni yaradılıb. Başqa ölkələr də problemdən xali deyil.
Yenicag.az xəbər verir ki, 100 yaşlı Fransa vətəndaşı Andre Kruazil sürücülük vəsiqəsini hələ müharibə vaxtı, uzaq 1943-cü ildə alıb. C kateqoriyası ilə kifayətlənməyən Andre sonradan bütün kateqoriyaları əldə edib. O, bu gün aktiv sürücüdün, bəzən 2 saatlıq yola avtomobil sürür.
70 il ərzində ciddi qəza törətməyən sürücünün bu yaxınlarda sığorta ilə bağlı problemi çıxıb. Məlum olub ki, onun anadan olduğu ili (1923) sistemə daxil etmək mümkün deyil. Limit 1950-ci ilə qədərdir./Avtosfer.az/
www.yenicag.az