106 yaşlı məşhur aktyor vəfat etdi

media-hightechnic-468x90

Rejissor Alfred Hiçkokun “Diversant” filmində əsas cani rolunu oynamış Amerika rejissoru, prodüser və aktyor Norman Lloyd 106 yaşında vəfat edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Variety” nəşri bildirib.

Nəşrin məlumatına görə, Lloyd çərşənbə axşamı Los-Ancelesdəki evində ölüb.

Aktyor 1942-ci ildə Hiçkokun filmində Frayya rolunu oynayaraq şöhrət qazanıb, ona həmçinin Çarli Çaplinin “Rampanın işıqları” bədii filmində rol tapşırılıb, ancaq indiki şöhrət ona 60 yaşından sonra gəlib. Norman Lloyd 1980-ci illərdə NBC telekanalının “Sent-Elsver” tibb dramında müdrik həkim rolunu yerinə yetirib. Lloydun karyerası 80 ildən çox davam edib.

“Oldest.org” saytının versiyasına görə, Lloyd dünyanın ən qoca aktyoru olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05