13 Reabilitasiya Mərkəzi “Sosial Xidmətlər Agentliyi”nə verildi

media-hightechnic-468x90

Azərbaycanda reabilitasiya mərkəzlərinin idarəetmə strukturunda ciddi dəyişiklik edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki 13 mərkəz bundan sonra Sosial Xidmətlər Agentliyinin tərkibində fəaliyyət göstərəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Vergilər” qəzeti məlumat yayıb.

Sözügedən dəyişiklik Prezident İlham Əliyevin 19 mart 2026-cı il tarixli, 631 nömrəli “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir.

Fərmanın tələblərinə əsasən, “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birləşdirilərək yenidən təşkil olunur. Bu struktur islahatı çərçivəsində aşağıdakı 13 reabilitasiya mərkəzi tabelikdən çıxarılaraq Sosial Xidmətlər Agentliyinə verilib:

  • Bakı, Gəncə, Xaçmaz, Lənkəran, Naftalan, Şəki və Şağan reabilitasiya mərkəzləri;

  • Respublika və Mərdəkan reabilitasiya mərkəzləri;

  • Qəbələ və Şəmkir uşaq reabilitasiya mərkəzləri;

  • 1 və 2 nömrəli uşaq reabilitasiya mərkəzləri.

Qeyd edək ki, bu addım sosial və reabilitasiya xidmətlərinin daha səmərəli idarə olunması, habelə icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05