13 yaşlı bacısı qızını dəfələrlə zorladı – Bakıda dəhşət

Bakıda azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-a Binəqədi rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir.

Uşağında hazırda Azərbaycan Uşaq Birliyinin reinteqrasiya mərkəzində olduğu bildirilir. Polisə zorlanma faktı ilə bağlı şikayət ərizəsi məhz həmin mərkəzdən daxil olub.

İstintaq orqanları, şübhəli ilə bağlı araşdırma aparır. Ərizə yanvarın 18-də daxil olduğundan fakt üzrə hələlik heç kim saxlanılmayıb.

COP29