14 iş adamının bəxti gətirdi

media-hightechnic-468x90

c5bb91519cb9b6e82a074f5f503c967aBuna səbəb həmin şəxslərin kredit borclarını tam ödəməsidir

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən külli miqdarda kredit borcu olduğuna görə saxlanılmış iş adamlarından 14 nəfəri azadlığa buraxılıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin kredit borclarını tam ödəməsidir.

Qeyd edək ki, bəzi iş adamları banklardan külli miqdarda vəsaiti kredit kimi götürərək qaytarmayıblar. Buna görə də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb və bəzi iş adamları cəlb ediliblər.

Bu cinayət işi çərçivəsində Nərimanov rayon Məhkəməsi tərəfindən “PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda böyük məbləğdə kredit borcu olan “Avesta” Holdinqin sahibi İbrahim Nehrəmli istintaqa cəlb edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600