Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

1,5 milyard dollarlıq krediti kim və necə qaytaracaq? – Müxalifət liderindən XƏBƏRDARLIQ

Reklam: High Technic

Rusiya prezidenti Vladimir Putinin Belarusa vəd etdiyi 1,5 milyard dollarlıq kredit ətrafında qeyri-müəyyənlik yaranıb.

Yenicag.az xəbər verir ki, Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya Rusiyanın Belarusa ayıracağı 1,5 milyard dollar krediti Belarus xalqının deyil, hakimiyyəti zəbt etmiş Aleksandr Lukaşenkonun qaytarmalı olacağını deyib.

Tixanovskayanın bu xəbərdarlığı diqqəti beynəlxalq praktikada analoji problemlərin necə çözüldüyünə yönəldir.

Bu barədə Yenicag.az-a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, beynəlxalq hüquqa əsasən, götürülən kreditlər hakimiyyətdə olmuş şəxsin deyil, dövlətin üzərində öhdəlik yaradır:

“Tixanovskayanın bu xəbərdarlığı daha çox psixoloji xarakterlidir. O, bununla Lukaşenko hakimiyyətinin legitim olmadığını göstərməyə çalışır. Ancaq bu məsələdə beynəlxalq hüququn tələbi Tixanovskayanın yanaşmasının əksinədir. Yəni Rusiyanın Belarusa verəcəyi 1,5 milyardlıq kreditin öhdəliyi Lukaşenkonun deyil, Belarusun üzərindədir və qaytarılmalıdır”.

Aqil Bəkir

www.yenicag.az

1417
reyting.az
www.onlinepress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100