150 sərxoş qadın sürücü saxlanıb

media-hightechnic-468x90

312861Bu ilin əvvəlindən indiyə qədər 150 sürücü qadın sərxoş avtomobil idarə etdiyi üçün saxlanılıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, keçirilən reydlər zamanı sərxoş sürücülər arasında qadınların da sayı artır.

“İlin əvvəlindən bu günə qədər reydlər zamanı 150 sərxoş qadın sürücü müəyyən edilib. Çox təəssüflər olsun ki, həmin xanım sürücülər arasında ciddi qanun pozuntularına görə bir neçəsi də həbs edilib”, -deyə Vaqif Əsədov bildirib.

Yol polisi bildirib ki, polis əməkdaşlarına qarşı kobudluq edən qadın sürücülərə də rast gəlinib. Onlar barəsində də hüquq müstəvisində tədbirlər görülüb.

Qeyd edək ki, bundan sonra da reydlər davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600