161 nömrəli məktəb və ADPU tələbələrinin təşkilatçılığı ilə “Kimbio Fest” BAŞ TUTDU – FOTO/VİDEO

media-hightechnic-468x90

 

Cəfər Cabbarlı adına 161 nömrəli məktəb ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya müəllimliyi ixtisasının V kurs tələbələrinin təşkilatçılığı ilə “Kimbio Fest” adlı Kimya və Biologiya fənlərindən bilik yarışı təşkil olunub.

media-dji_20250519123048_0453_d

Tədbirdə məktəbin direktoru Rəna Hüseynova, məktəbin kimya və biologiya müəllimləri – Təranə Əmiraslanlı, Mədinə Hacı, kimya laboratoriya müdiri Xuraman Qənbərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Fəridə Xudiyeva, Rumiyə Camalova, kimya metodisti Vəfa Musalı, biologiya üzrə fəlsəfə doktoru Şirin Mahmudova, baş müəllim İradə Məmmədova, həmçinin universitetin və məktəbin tələbələri iştirak ediblər.

Yenicag.az xəbər verir ki, tədbir başlamazdan əvvəl şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib. Daha sonra yarışma ilə müşayiət olunan tədbir başlayıb.

media-dji_20250519110930_0279_d

Tədbiri açan məktəbin direktoru Rəna Hüseynova təcrübəçiləri təbrik edərək təşəkkürlərini bildirib, gələcək müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb. Məktəblilərə isə uğurlar diləyərək onları da təbrik edib və “Güclü olan qazansın” devizi ilə çıxışını yekunlaşdırıb.

media-dji_20250519111331_0309_d

Azərbaycan Pedaqoji Universitetin təcrübəçi müəlliməsi Mütəllimova Nüşabə “Bayraq” şeirini səsləndirərək Azərbaycan bayrağını təqdim edib. Daha sonra yarışma haqqında məlumat verilib və yarışmaya start verilib.

media-dji_20250519111838_0325_d

Yarışma 161 nömrəli məktəbin 3 sinfi arasında – “Gen Zərrəcikləri”, “Bi Atomlar”, “Molekul Ulduzları” komandaları arasında keçirilib. Yarışma 3 mərhələdən ibarət olub: qapalı, situasiya tipli və şagirdlərin yaradıcılıq bacarıqlarını yoxlamaq mərhələsi.

Qeyd edək ki, hər mərhələdə toplanan ballar yarışmanın qalibini müəyyən edib. Mərhələ başa çatdıqdan sonra isə münsiflər heyəti cavabları yoxlayarkən 7-ci sinif şagirdləri gitara müşayiəti ilə “Cənab Leytenant”, “Şən Azərbaycan” mahnısını ifa ediblər. Yarışma maraqla davam edib.

media-dji_20250519113945_0408_d

Daha sonra söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji dosenti Fəridə xanıma verilib. O, tələbələrini təbrik edərək müəllimlik yollarında onlara uğurlar arzulayıb

media-dji_20250519123013_0446_d

 

Biologiya üzrə fəlsəfə doktoru Şirin xanım isə çıxış edərək məktəbin şagird və müəllimlərini uğurlar diləyib, gənc müəllimlərə müəllimlik yolunda uğurlar arzulayıb.

media-dji_20250519123145_0458_d

Rumiyə müəllim də öz çıxışında təcrübəçi tələbələrinə kimya elminə sevgisini ifadə edib, məktəbin direktoruna və müəllimlərinə təşəkkür edərək “Müəllim ömrü” şeirini söyləyib.

media-dji_20250519123359_0463_d

Növbəti mərhələdə isə ballar hesablandıqdan sonra qalib komanda elan olunub və sertifikatları təqdim etmək üçün səhnəyə dəvət olunublar. 3-cü yerin qaliblərinə sertifikatlarını təqdim edən Ülviyə müəllimə vurğulayıb ki, bu yarışmada 3-cü yerə layiq görülənlər bilik və bacarıqlarını nümayiş etddirdikləri üçün əsl qalibdirlər.

media-dji_20250519124455_0491_d

2-ci yerin qaliblərinə sertifikatlarını təqdim edən Mədinə müəllimə çıxışında bildirib ki, bu uğur onların zəhmətinin bəhrəsidir:

media-dji_20250519124824_0506_d

“Siz təkcə yarışın deyil, eyni zamanda, gələcəyin də qaliblərisiniz”.

Məktəbin kimya-biologiya müəlliməsi Təranə Əmiraslanlı da 1-ci yerin qaliblərinə sertifikatları təqdim edərkən bildirib ki, bu nailiyyət onların bilik və səylərinin təntənəsidir. O, qalibləri ürəkdən təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

media-dji_20250519125122_0523_d

Daha sonra kimya laboratoriya otağında təcrübəçi müəllimlər məktəbin kimya laborantı Xuraman Qənbərova ilə birlikdə lakmus indikatorunun təsiri ilə Azərbaycan bayrağının rənglərini, süni qan reaksiyasını, butan qazının yanması ilə köpük şousunu, oksigen qazının alınmasını, kimyəvi maddələrin yanmasını və yod ləkəsinin C vitamini ilə aparılmasını nümayiş etdirərək şagirdlərlə bilik və bacarıqlarını bölüşüblər. Təcrübələr maraqlı və faydalı nümunələrlə zəngin olub.

Tədbirin sonunda isə xatirə şəkli çəkilib.

 

Məsimə Məmmədova

Samir Məcidov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600