161 nömrəli məktəbdə Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş bilik yarışı keçirildi - FOTO/VİDEO

media-hightechnic-468x90

Bakı şəhəri 161 nömrəli tam orta məktəbin 4 “C” sinfində müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Varisləri” adlı bilik yarışı təşkil edilib.

media-banner_tkm

media-img_8441

Yenicag.az xəbər verir ki, məktəbin müəllimi Samirə Abdullayevanın təşkilatçılığı ilə baş tutan tədbirdə şagirdlər həm intellektual hazırlıqlarını nümayiş etdirib, həm də dahi şəxsiyyətin zəngin irsini bir daha ehtiramla yad ediblər.

media-img_8437

Tədbirdə məktəb rəhbərliyi və müəllim heyəti — məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürova, kimya laboratoriyasının rəhbəri Xuraman Qəmbərova, müəllimlər Təranə Əmiraslanlı, Aytən Abbasova, Vüsalə Əliyeva və psixoloq Nərgiz Cavadova iştirak edərək tədbir barədə müsbət fikirlərini bölüşüblər.

Üç mərhələdən ibarət olan yarışda “Əsrin Sərkərdəsi”, “Azərbaycan Günəşi”, “Heydər Baba Nəvələri” və “Ulu Öndər Varisləri” komandaları mübarizə aparıblar. Şagirdlər ayrılmış 3 dəqiqə ərzində sualları cavablandırmaq üçün çeviklik və dərin bilik nümayiş etdiriblər.

media-img_8428

Bilik yarışı təkcə suallarla deyil, həm də rəngarəng çıxışlarla yadda qalıb. Şagirdlər Ulu Öndərin ən sevdiyi musiqilərdən ibarət rubrika təqdim edib, bir-birindən maraqlı rəqs nömrələri nümayiş etdiriblər. Tədbirin sonunda səslənən “Heydər babanın nəvələriyik” nəğməsi iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.

media-img_8433

Yarışın sonunda fərqlənən komandalara medalları Ülviyyə Şükürova, Xuraman Qəmbərova, Aytən Abbasova və Nərgiz Cavadova təqdim edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıblar.

media-img_8437

 

Tədbirin sonunda müəllim və şagird kollektivinin birgə xatirə fotosu çəkilib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05