2 nəfər ölüb, 7-i yaralanıb
Bakı şəhəri, Qaradağ rayonunda “HONDA” markalı minik avtomobili yol ayrıcındakı maneə çırpılıb.
Qəza nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Qəzada avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İsayev Rövşən Eldar oğlu, sərnişin 1984-cü il təvəllüdlü Qəhrəmanov Samir Bəhram oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Avtomobildə müxtəlif bədən xəsarətləri alanlar 3 nəfər (2 nəfər qadın, 1 nəfər kişi), 4 nəfər azyaşlı və hər 2 meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 15:02-də başa çatıb.
Faktla bağlı araşdırma aparılır. (anspress.com)