!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2 nömrəli avtobus niyə 40 dəqiqədən bir GƏLİR? - AYNA-dan CAVAB

!Reklam – Yazi

Paytaxtda marşrut avtobuslarının problemlərindən biri də intervaldır. Sərnişinlər səhər və axşam saatlarında bəzi avtobusları yarım saat və daha çox gözləyirlər. Hər keçən dəqiqə dayanacaqda insan sayı artdığından avtobusda sıxlıq yaranır. Şəhərdaxili avtobuslarda kondisionerlər quraşdırılsa da, sərnişin çoxluğundan, istidən ayaq üstə yol getmək dözülməz olur.

Belə marşrut avtobuslardan biri Bakı Beynəlxalq Avtovağzalı – Nərimanov rayonu marşrut xətti üzrə hərəkət edən 2 nömrəli avtobusdur.

Sərnişinlər sözügedən marşrut avtobusunu hər gün pik saatlarda 40 dəqiqədən çox gözlədiklərini deyirlər. Xatırladaq ki, yay ayları olduğu üçün Bakıda çalışan işçilərin bir qismi məzuniyyətə, tələbələr isə tətilə çıxıblar. Üstəlik, iyun ayının 30-u ictimai nəqliyyatda gediş haqlarının artırılması keyfiyyətin və rahatlığın təminatına xidmət etməli idi. Görünən odur ki, payızda durum bundan da pis olacaq.

Bəs marşrut avtobuslarının intervalının həddən artıq çox olmasına səbəb nədir? 2 nömrəli marşrut xəttində avtobusların sayı artırıla bilərmi?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən avtobusun intervalı 6-7 dəqiqədir:

“2 nömrəli marşrutda sərnişin tələbatına uyğun olaraq mütəmadi 20 ədəd avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Lakin şəhərin müəyyən yollarında yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb olur”.

COP29

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv