ABŞ və BƏƏ hərbi sahədə süni intellektin tətbiqi üçün işçi qrupu yaradacaqlar

media-hightechnic-468x90

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərbi sahədə süni intellekt proqramlarının işlənib hazırlanmasını və tətbiqini sürətləndirməklə məşğul olacaq ilk ikitərəfli işçi qrupu yaratmaq barədə razılığa gəliblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın məlumatında bildirilib.

İşçi qrupu “Task Force Talon Synapse” adını alacaq və yaxın həftələrdə rəsmi olaraq işə başlayacaq. Qrupun mənzil-qərargahı Əbu-Dabidə yerləşəcək. Onun tərkibinə süni intellekt, məlumatlar və kibertəhlükəsizlik sahələrində 20-yə yaxın ABŞ və BƏƏ mütəxəssisi daxil olacaq.

CENTCOM-un komandanı admiral Bred Kuper bildirib ki, qrupun yaradılması ABŞ-nin silahlı qüvvələrdə yeni texnologiyaların tətbiqi sahəsində ən bacarıqlı regional tərəfdaşlarından biri ilə əməkdaşlığının mühüm mərhələsi olacaq.

Onun sözlərinə görə, ABŞ və BƏƏ süni intellekt proqramlarının tətbiq edilməsini sürətləndirmək və hərbi sahədə onların istifadəsini genişləndirmək niyyətindədir.

İşçi qrupunun yaradılması ideyası ötən il Kuper və BƏƏ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri şeyx Təhnun bin Zayed Əl Nəhyan tərəfindən müzakirə edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05