20 İLLİK XƏYANƏTİN NƏTİCƏSİ: Pakistanı indi öz "Talibanı" VURUR

media-hightechnic-468x90

2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ Əfqanıstana hücum etdi və həmin dönəmdə Pakistanın Baş naziri Pərviz Müşərrəf idi. O, Talibana qarşı başladılan koalisiyaya qoşulmaq qərarı verdi.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli bildirib.

media-resizer

Onun sözlərinə görə, bu qərardan sonra Taliban qruplaşmasının Pakistana qarşı mənfi münasibəti daha da artdı:

“20 ildən sonra Taliban Əfqanıstanda hakimiyyəti tamamilə ələ keçirdi və Pakistanla sərhəd problemi mübahisəli məsələyə çevrildi. Pakistanda “Pakistan Talibanı” adlı qruplaşma mövcuddur və onlar da rəsmi İslamabada qarşı mübarizə aparırlar”.

Əhəd Məmmədli əlavə edib ki, bəzən bu vəziyyət ABŞ-Çin qarşıdurması kontekstində qiymətləndirilir – Pakistanı ABŞ, Talibanı isə Çin dəstəkləyir:

“Ancaq, bu heç də xoşagələn hal deyil. İslam ölkələrinin problemlərini qeyri-müsəlman dövlətlərin həll etməsi müsəlman dünyasının bədbəxtliyidir”.

Ekspert bildirib ki, hər iki ölkənin xalqları dini, etnik və mədəni baxımdan biri-birinə yaxındır və ona görə də qarşıdurmanın davam etməsi acınacaqlı haldır:

“Ümid edirəm ki, müharibə tezliklə dayanar. Bəli, ABŞ Prezidenti Donald Tramp da bu məsələyə müdaxilə edə bilər, hətta bunu öz adına yaza bilər. Amma müsəlman dünyasının əsas problemi ondadır ki, onların məsələlərini fərqli dinə sahib ölkələr həll edir”.

O, misal çəkərək bildirib ki, Səudiyyə Ərəbistanı və İran öz problemlərini kommunist və ateist Çin vasitəsilə həll edirlər.

“Bu, həyatın ironiyasıdır. Qarşıdurmanın həllinə Türkiyə də müdaxilə edərək onu dayandıra bilər. Müsəlman dünyasının problemlərini qeyri-dinə sahib ölkələr həll etməməlidir. Əks halda, bu, həmin ölkələrin İslam coğrafiyasına müdaxiləsi kimi qiymətləndirilə bilər” – deyə ekspert sözlərini yekunlaşdırıb.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa