20 May tarixində Bakıda “International HR Summit 2025” tədbiri keçiriləcək
Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov YeniÇağ.az-a açıqlamasında bildirib ki, 20 May – Beynəlxalq HR Günü ölkəmizdə keçiriləcək “International HR Summit 2025” tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetinə əsaslanaraq dünyada insan resursları üzrə tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal Sammitdir.
Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə ilk dəfə baş tutacaq “International HR Summit 2025” tədbirində Avropa ölkələri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, BƏƏ, Maldiv İnsan Resursları Assosiasiyalarının prezidentləri və idarə heyətinin üzvləri, həmçinin BP, SOCAR, Azərconnect Group, PAŞA Holding, Veysəloğlu Holding, STP Şirkətlər Qrupunun İnsan resursları üzrə baş direktorları vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs edəcəklər.
20 May – Beynəlxalq HR günü keçiriləcək tədbirin ən mühüm tarixi hadisələrindən biri “Türkdilli Dövlətlərin HR İttifaqı”nın ilk dəfə Bakıda təsis olunmasıdır.
Tədbir iştirakçıları dünyanın insan resursları üzrə nüfuzlu HRCI və SHRM təşkilatları tərəfindən ən yüksək beynəlxalq akkrediyasiyaya malik 10.00 (PDC’s) peşəkar inkişaf kreditlərinə malik «Sertifikat» ilə təltif olunacaq, həmçinin qlobal insan resursları trendləri, İnsan yönümlü liderlik, rəqəmsal insan resursları və süni intellekt, öyrənmə və inkişafın perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olacaqlar.
Ətraflı məlumat və müraciət üçün tədbirin rəsmi saytı təqdim olunur: https://ihrs2025.az/
Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu tərəfindən 2022-ci ildə “Baku International CEO Summit”, 2023-cü ildə “Global HR Summit”, 2024-cü ildə “World HR Summit” və “COP29 Human Capital Forum” tədbirləri uğurla həyata keçirilib.
Tədbirin Media tərəfdaşı “YeniÇağ.az” informasiya portalıdır.