20 saylı məktəbdə qaz iyinin yayılması ilə bağlı açıqlama
Bakı şəhəri üzrə Təhsil İdarəsi bu gün 20 saylı məktəbdə mənşəyi məlum olmayan qaz iyinin yayılması ilə bağlı açıqlama verib.
İdarədən daxil olan məlumata görə, bu gün səhər saatlarında 20 saylı məktəbdə yaranan problemlə əlaqədar olaraq şagirdlər binadan evakuasiya edilib, təhlükəsizlik tədbirləri görülüb:
“Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin və müvafiq dövlət qurumlarının apardığı araşdırma nəticəsində məktəbdə zərərli maddə və qazlar aşkar edilməyib, oksigen norma daxilində olub.
Qeyd edək ki, məktəb binası daxilində ümumiyyətlə qaz xətləri mövcud deyil.
Sabahdan etibarən tədris prosesi bərpa olunacaq”. (qafqazinfo.az)