!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“20 Yanvar” qazisi vəfat etdi

!Reklam – Yazi

“20 Yanvar” qazisi Dadaşov Novruz Allahverdi oğlu vəfat edib.

Yenicag.az xəbər verir ki, 25 yanvar 1990-cı ildə rus-sovet hərbi birləşmələrinin Neftçalada törətdikləri qanlı cinayətlər zamanı ağır güllə yarası almış Neftçala rayon sakini D.Novruz 61 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Dadaşov Novruz Allahverdi oğlu 1993-cü il 3 iyun tarixində Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülüb.  2000-ci ildə qanlı “20 yanvar” hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən, 2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülüb.

www.yenicag.az

1192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv