!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2019-cu ildə ölkəmiz nüfuzlu yarışa ev sahibliyi edəcək

!Reklam – Yazi

Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadası başa çatıb.

Yenicag.az xəbər verir ki, Təhsil Nazilriyi və “Azercell Telekom” MMC-nin dəstəyi ilə ölkəmizdən də məktəblilərin iştirak etdiyi bu nüfuzlu olimpiadanın bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın keçiriləcəyi ölkənin adı açıqlanıb. Belə ki, 2019-cu ildə Beynəlxaq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Onu da bildirək ki, 2019-cu ildə təşkil olunacaq IOI-da dünyanın 80-ə yaxın ölkəsindən 300-dən çox şagirdin iştirakı gözlənilir.

Məlumat üçün bildirək ki, bu il 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadaya yola düşməzdən öncə məktəblilərimiz Təhsil Nazirliyinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində xüsusi dərslər keçiblər. Hazırlığın əsas məqsədi müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş xüsusi istedadlı şagirdlərin olimpiadalarda iştirakının stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və nümayiş etdirilməsi üçün şəraitin yaradılmasıdır.

Təhsilin və gənclərin inkişafi üçün yardım və dəstək – “Azercell Telekom”MMC-in prioritet fəaliyyət sahələrindəndir. Şirkət çalışmağa başladığı ilk gündən bu istiqamətdə bir sıra uğurlu layihələr həyata keçirib və yüzlərlə tədbirə dəstək verib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar.

 

www.yenicag.az

1382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv