"2026-cı il Azərbaycan-ABŞ əməkdaşlığının ən parlaq dövrü olacaq" - Deputatdan Prezidentin müsahibəsinə ŞƏRH

media-hightechnic-468x90

“2026-cı ilin başlanğıcı Azərbaycan və ABŞ arasındakı ikitərəfli münasibətlər üçün yeni imkanlar açır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli media nümayəndələrinə verdiyi müsahibədə səsləndirdiyi strateji fikirləri şərh edib:

“Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyəti və gələcək perspektivləri barədə ətraflı açıqlama verib. Dövlət başçısı 2025-ci ili ikitərəfli əlaqələr üçün tarixi və uğurlu il kimi qiymətləndirib. Prezident vurğulayıb ki, bu gün Azərbaycan-ABŞ münasibətlərində intensiv diplomatik hərəkətlilik müşahidə olunur. İkitərəfli əlaqələr artıq çox praktik və konkret nəticələrə hesablanmış istiqamətdə inkişaf edir.

Xüsusilə oktyabr ayından bəri həyata keçirilən yüksək səviyyəli təmasların intensivliyi diqqətəlayiqdir. Prezidentin qeyd etdiyi kimi, bu müddət ərzində ABŞ-a nazirlərdən, özəl sektor nümayəndələrindən və digər məsul şəxslərdən ibarət dörd rəsmi nümayəndə heyəti göndərilib. Hazırda tərəflər arasında strateji xartiya hazırlanır ki, bu sənəd Azərbaycan-ABŞ əməkdaşlığının uzunmüddətli əsaslarını müəyyənləşdirəcək. Qarşılıqlı sərmayə qoyuluşu, ticarət, nəqliyyat və hərbi-sənaye sahələrindəki müzakirələr münasibətlərin hərtərəfli xarakter daşıdığını sübut edir”.

N. Həmzəyev 2026-cı ili Azərbaycan və Amerika əməkdaşlığının ən parlaq dövrünün başlanğıcı hesab etdiyini bildirib:

“Dövlət başçısı əməkdaşlıq perspektivlərinə yüksək qiymət verərək, ‘Ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir’ – deyə vurğulayıb. Bu, hər iki tərəfin qarşılıqlı maraq və iradə nümayiş etdirdiyini göstərir. Strateji xartiyanın hazırlanması Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Prezidentin açıqlamaları göstərir ki, Azərbaycan xarici siyasətdə balanslaşdırılmış yanaşmanı qoruyaraq, ABŞ kimi mühüm beynəlxalq aktorla əməkdaşlığa böyük əhəmiyyət verir”.

Deputat Prezidentin Zəngəzur dəhlizi ilə bağlı fikirlərini də xüsusi qeyd edib:

“Dövlət başçısı vurğuladı ki, Çin və Mərkəzi Asiya ölkələrindən gələn yüklərin məhz Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyi gözlənilir. Çin hazırda Xəzər dənizinə çıxan nəqliyyat yollarının tikintisinə milyardlarla dollar sərmayə qoyur. Bu isə o deməkdir ki, Azərbaycana yükdaşımaların həcmi kəskin artacaq. Zəngəzur dəhlizi sadəcə Naxçıvanla əlaqə deyil, həm də beynəlxalq nəqliyyat qovşağıdır. Bu dəhliz vasitəsilə yüklər Qərbə, eyni zamanda cənuba – Yaxın Şərqə və Fars körfəzinə, eləcə də şimal istiqamətinə daşınacaq ki, bu da Azərbaycanın tranzit əhəmiyyətini dünya miqyasında pik həddə çatdıracaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa